Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyana Qarabağda torpaqları geri qaytarmağı təklif edib.

"Sputnik Armenia"ya  verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam. Sitat gətrirəm: "Torpaqlar artıq verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur", - deyə Paşinyan qeyd edib. 

.