Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ-nin bu ölkədəki səfiri səlahiyyətlərini icra edən Devid Allen iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.
Bu barədə Ermənistan KİV-ləri xəbər verir.
Görüş zamanı ikitərəfli hərbi-texniki qarşılıqlı əlaqə, həmçinin hərbçilər arasında təlim məsələləri, o cümlədən təlimlərin keçirilməsi müzakirə edilib.
S.Papikyan və D.Allen həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.
.
