
Pakistan və Əfqanıstan arasında atəşkəs rejimi uzadılıb.
“Reuters“ xəbər verir ki, tərəflər Qətərin paytaxtı Dohada davam edən danışıqların sonuna qədər atəşkəsi uzaqtmaq barədə razılığa gəliblər.
Pakistandan olan mümayəndə heyəti artıq Dohadadır.
Əfqanıstandan olan heyət isə danışıqlar yerinə sabah gələcək.
Qeyd edək ki, Pakistan və Əfqanıstan sərhədboyu bölgələrdə silahlı toqquşmalardan sonra 48 saatlıq atəşkəslə bağlı razılaşmışdı.
.