Ötən sutka İranın İsrailə hücumları nəticəsində 205 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılar arasında həm mülki şəxslər, həm də hərbçilər var.

Ümumilikdə, müharibə başlayandan bəri İsraildə 2 557 nəfər xəstəxanaya yerləşdirilib, onların əksəriyyəti müalicə edilərək evə buraxılıb.

.