2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub.

” Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.

Fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 264 milyon təşkil edib.

Bundan əlavə, dövr ərzində 49,9 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.
Qeyd edək ki, ötən il ölkəyə, ümumilikdə, 5 milyon 642 min ABŞ dollar dəyərində 225 milyon ədəd siqaret idxal edilib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.

Ölkələr Siqaret ixracı, mln. ədəd
Gürcüstan 2439,56
Rusiya 252,37
Oman 73,19
Çinin xüsusi inzibati rayonu Honkonq 53,46
Tacikistan 33,19
Birləşmiş Ərəb Əmirlikləri 31,84
Suriya Ərəb Respublikası 28,72
Özbəkistan 28,01
Qırğızıstan 13,6
Mavritaniya 5
Hindistan 0,5
.