Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

MN-dən verilən məlumata görə, atışdan qabaq şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə məşğələlər keçirilib.
Atışın şərtləri ilə tanış olduqdan sonra müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət şəxsi heyətin düzgün nişanalma qaydalarına əməl etməklə hədəfləri dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasına yönəldilib.

  •  

 

.