Budapeşt Kiyevin şantajına boyun əyməyəcək, Ukraynaya pul göndərməyəcək və onu Avropa İttifaqına buraxmayacaq.

Bu barədə Macarıstan Baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin onun ünvanına təhdidlərindən sonra bildirib.

Baş nazir Kiyev “Drujba” boru kəməri ilə neft nəqlini bərpa edənədək Ukrayna üçün vacib olan bəzi malların tranzitini dayandıracağını deyib.

Qeyd edək ki, Zelenski Macarıstan liderini “öz dilində” başa salmaq üçün Orbanın ünvanını Ukrayna ordusuna verəcəyi ilə bağlı təhdid edib.

.