
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və onun Aparatı faktaraşdırıcı missiya üzrə Ağdam rayonunda səfərdə olub.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də bildirib.
O qeyd edib ki, Ombudsman və onun Aparatı faktaraşdırıcı missiya üzrə Ağdam rayonunun Qarağacı və Uzundərə qəbiristanlıqlarını ziyarət edib, erməni vandalizminin şahidi olublar.
.