Almaniya millisinin qapıçısı Manuel Noyer İtaliya ilə yoxlama matçında oynamayacaq.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 30 yaşlı qolkiper mədəsindəki problem səbəbindən bu qarşılaşmanı buraxacaq. M.Noyer artıq millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Almaniya - İtaliya oyunu sabah keçiriləcək.
