Milli Məclisin deputatı Novruzəli Aslanov  2026-cı il 20 iyun tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.
Yenizaman.az xəbər verir ki, günün birinci yarısında deputat İsmayıllı Mədəniyyət Evində yazıçı-publisist Təranə Cəbiyevanın 60 illik yubileyi münasibətilə keçirilən mədəni-bədii tədbirdə iştirak edib. Günün ikinci yarısında isə Novruzəli Aslanov rayonun Ağbulaq kəndində vətəndaşları qəbul edib. Qəbul kənd məktəbində keçirilib. Görüşdə yaxınlıqda yerləşən Qoşakənd kəndinin sakinləri də iştirak ediblər.
Kənd sakinləri ilk növbədə su təchizatında yaşanan çətinlikləri diqqətə çatdırıblar. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib.
Sonda  Ağbulaq və Qoşakənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

.