İranın Ali Rəhbəri Əli Xameneinin öldürüldüyünə dair əlamətlər artır.

Bu barədə Baş nazir Benyamin Netanyahu İsrail ictimaiyyətinə videomüraciətində bildirib.

O, bu səhər İsrailin SEPAH komandirlərini, İranın yüksək vəzifəli rəsmilərini və yüksək vəzifəli nüvə rəsmilərini məhv etdiyini bildirib.

Netanyahu qeyd edib ki, yaxın günlərdə İranın minlərlə hədəfini vuracaqlar.

"Xameneinin iqamətgahını dağıtdıq və İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərini və yüksək səviyyəli nüvə məmurlarını öldürdük", - Netanyahu bəyan edib.

O, əməliyyatın lazım olduğu qədər davam edəcəyini əlavə edib.

.