Ağ Evin indiki başçısı Donald Tramp ABŞ tarixində bütün prezidentlər arasında İsrailin ən böyük dostudur.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə Trampın da iştirak etdiyi xüsusi iclasda çıxışı zamanı bildirib.

"Heç bir ABŞ Prezidenti İsrail üçün Trampdan daha çox iş görməyib", - B.Netanyahu bütün israilli girovların qaytarılmasına görə ABŞ liderinə təşəkkür edib.

.