Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə təqaüd ayıra bilər.

Bunu Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında çıxış edən Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh deyib.

“Elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından azərbaycanlı tələbələrə Səudiyyə Ərəbistanı universitetlərində təhsil almaq üçün təqaüd proqramı hazırlaya bilərik. Bu müxtəlif sahələri, o cümlədən texnologiya, rəqəmsal sahələr, riyaziyyat və digər elm sahələrini əhatə edə bilər”- deyə, səudiyyəli nazir əlavə edib.

.