Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi üzrə saxlanma xərcləri kənar idarəediciyə, yəni ixtisaslaşmış şirkətə ötürülməsi nəzərdə tutulur.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, kompleksin idarə olunması isə nazirliyin balansında olacaq.

“Kompleks bir il ərzində tikilib və son ana qədər orada rəhbərliyin göstərişi ilə müxtəlif dəyişikliklər və əlavələr olub. Bu səbəbdən əlavə, gözlənilməz xərclər çıxdı. Bu şeylər proqnozlaşdırıla bilmir", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin təməli 2021-ci il avqustun 29-da qoyulub, 2023-cü ilin mayın 10-da isə onun açılışı olub. Kompleks şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir.

.