
NATO Rusiyanın müttəfiq ölkələrə qarşı kiber əməliyyatlarını pisləyib.
NATO bir sıra blok ölkələrinə - Estoniya, Fransa, Böyük Britaniya və ABŞ-a qarşı hədəflənmiş kiber fəaliyyətlər müşahidə edib.
Blok bu kiber hücumların arxasında Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU-nun dayandığını bildirib.
NATO Rusiyanın Rumıniya əleyhinə də kiber hücumlar həyata keçirdiyini bəyan edib.
“Biz kiber hücumların qarşısının alınması üçün hər növ imkandan faydalanmaqda qərarlıyıq. Biz Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və kiberməkanda BMT tərəfindən təsdiq olunan çərçivədə özünü məsuliyyətli bir dövlət kimi aparmağa çağırırıq”, - hərbi blokun bəyanatında deyilir.
Qeyd edək ki, bu gün Böyük Britaniya Rusiya kəşfiyyatına bağlı 18 şəxsə və QRU-nun üç şöbəsinə qarşı sanksiyalar tətbiq edib.
.