ABŞ-ın müttəfiqləri 15 oktyabrda Ukraynaya silah alınması üçün vəsait ayrılması ilə bağlı mühüm bəyanatla çıxış etməyi planlaşdırır.

"Bloomberg" agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

Onun sözlərinə görə, Ukrayna əsasən Avropa tərəfdaşları tərəfindən maliyyələşdirilən PURL proqramı çərçivəsində ABŞ-dan silah almaq imkanına malikdir.

ABŞ rəsmisi əlavə edib ki, proqram “stabil və səmərəli şəkildə” fəaliyyət göstərir.

.