Muxtar Tleuberdi yenidən Qazaxıstanın xarici işlər naziri təyin edilib.
"Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Tleuberdi əvvəl tutduğu vəzifədən azad edilib.
Bundan əvvəl Qazaxıstanın xarici işlər naziri vəzifəsini Yermek Koşerbayev tuturdu.
Muxtar Tleuberdi ilk dəfə 2019-cu ilin sentyabrında Qazaxıstan Xarici İşlər Nazirliyinə (XİN) rəhbərlik edib. 2021-ci ilin yanvarından 2023-cü ilin aprelinədək o, Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsini tutub. 2023-cü ildə Qazaxıstanın Avstriyadakı səfiri təyin edilib.
.
