"Bild" qəzetinin verdiyi məlumata görə, Almaniya millisinin 17 yaşıdlardan ibarət komandasında Sami Xedira, Kevin-Prins Boatenq və Dennis Aoqo kimi ulduz futbolçularla birgə 2003-cü ildə top qovan türk əsilli Burak Karan Suriyada öldürülüb. Vəhabi terrorçuları ilə birgə Suriya ordusuna qarşı döyüşlərdə iştirak edən Almaniya millisinin sabiq üzvü bombardman zamanı həyatını itirib.
Qeyd edək ki, 26 yaşlı Burak Karan ailəsi ilə birgə 7 ay öncə Almaniyanı tərk edərək Türkiyəyə, oradan da Suriyanın Əziz qəsəbəsinə gedib. Suriyalı müxaliflərə qoşulan futbolçu ötən gün ordu qüvvələrinin hava hücumu zamanı həyatını itirib.
.