İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.

Onun müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır.

Müctəba Xamenei “Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu” bəyan edib.

İranın Ali Rəhbəri Körfəz ölkələrinə ABŞ hərbi bazaları mümkün qədər tez bağlamağı tövsiyə edib

“Son hücum zamanı bəzi hərbi bazalardan istifadə edildi. Təbii ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə qarşı birbaşa təcavüz etmədən, yalnız həmin bazaları hədəfə aldıq”.

Bu barədə İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

O, bundan sonra məcburi şəkildə qonşu ölkələrdəki hərbi bazaları vuracaqlarını qeyd edib: “Biz yenə də qonşularımızla dostluğun zəruri olduğuna inanırıq”.

Müctəba Xameneni həmin ölkələri “İrana hücum edənlərlə bağlı” mövqelərini aydınlaşdırmağa çağırıb və tövsiyə edib ki, həmin bazaları mümkün qədər tez bağlasınlar.

.