Böyük Birlik Partiyası (BBP) Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsini tam dəstəkləyir.
Bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi brifinqdə deyib.
"Biz hər zaman Azərbaycanın acısını acımız, sevincimi sevincimiz bilmişik və bu, daim belə olacaq", - o bildirub.
BBP sədri azad olunmuş ərazilərə səfərindən də bəhs edib: "Ağdamda şəhidlərimizin qəbirlərini ziyarət edib şəhidlərimizim ruhunu bir daha yad etdik, orada həyata keçirilən genişmiqyaslı işlərlə tanış olduq".
O, 2 minə yaxın tələbənin təhsil aldığı Qarabağ Universitetinin fəaliyyətə başlamasını xüsusi məmnunluqla vurğulayıb.
.
