"Çelsi”sinin baş məşqçisi Joze Mourinyo oyunçu seçimləri ilə bağlı maraqlı açıqlamalar verib.

Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan portuqaliyalı mütəxəssis komandadakı bütün futbolçuların formada olmasının da problem yaratdığını deyib. Mourinyo oyunçu seçimində ədalətsiz olduğunu bildirib:

"Bəzi futbolçuları ehtiyatda, bəzilərini isə evdə saxlamaq mənim üçün elə də asan deyil. Bu, çox arzuolunmaz bir hissdir. Çünki hamı oynamaq istəyir. Komandanın bütün üzvlərinin formada olması insana xoş gələn problemdir. Ancaq möhtəşəm start heyətimizi təşkil edən futbolçulara "sən oynamırsan, ya da ehtiyatda qalacaqsan” sözünü demək çox çətin məsuliyyətdir. Onlara şans vermədiyim üçün ədalətsiz hərəkət edirəm.

Çünki onlar oynamaq üçün can qoyurlar”. Qeyd edək ki, Mourinyo London klubunda ötən mövsümün ən yaxşılarından olan ispan futbolçu Xuan Mataya meydanda şans vermədiyi üçün çox tənqid edilir.
.