İrəvan Rusiyaya qarşı addım atmamaq vədini pozub.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Rusiya XİN sözçüsü qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursu gec-tez Ermənistanın Brüsselin Rusiya əleyhinə mövqeyində dönməz iştirakına gətirib çıxaracaq.

Zaxarovanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı sammitinin bəyannaməsi göstərir ki, Ermənistan hakimiyyətinin razılığı ilə respublika aqressiv Avro-Atlantik mexanizmlərinə cəlb olunur.

XİN rəsmisi İrəvana vəd edilən 2,5 milyard avroluq investisiyalardan da danışıb.

“Aİ bu rəqəmi 2021-ci ildən bəri ermənilərə satır. Beş il keçib. Pul haradadır? Vəsaitlər hələ də Ermənistana çatmayıb”.

Rusiya XİN sözçüsü Aİ-nin Ermənistanda atom elektrik stansiyasının bağlanmasına verdiyi dəstəyi də tənqid edib: “Fransada atom elektrik stansiyalarını bağlamırlar. Almaniyada isə artıq nüvə enerjisindən imtinanı fəlakətli səhv adlandırırlar. Amma Ermənistanın özünü isə enerji istehsal etmək qabiliyyətindən məhrum etdiyinə görə sevinməyi təklif edirlər”.

.