Mayın 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

“Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

.