Misirdə futbol matçlarına baxmaq qadağan olub. ANS PRESS-in məlumatına görə, bu barədə Misir daxili işlər nazirinin müavini general Eşref Abdullah "CBC Extra" televiziya kanalına müsahibəsində deyib. O bildirib ki, Misir Liqası, Afrika Çempionlar Liqası və Afrika Birliyi Kuboku da daxil olmaqla ölkə daxilindəki bütün futbol müsabiqələrində bu mövsümün sonuna qədər tamaşaçılar stadionlara buraxılmayacaq.
Abdullah bu qərarın stadionlarda hadisə çıxarmaq istəyən kəslərin tamaşaçıların arasına sızacağı istiqamətində nazirliyə gələn məlumatların doğru olduğunun təsdiqlənməsindən sonra alındığını deyib.
Daxili İşlər nazirinin müavini "Əz-Zamalik" komandasının "Ağ Cəngavərlər " adlı tərəfdar qrupunun Angolanın "Kabuscorp" komandası ilə oynanacaq matç əvvəlində saxlanıldığını və onların üzərindən xeyli sayda molotofkokteyli olduğunu deyib.
Misir Milli Komandasının matçlarına tamaşaçıların alınıb alınmayacağı sualını da cavablandıran Abdullah milli komanda matçlarının xüsusi məsələ olduğunu deyib. O bildirib ki, tamaşaçıların matçları izləyəbilməsi üçün məsələnin təhlükəsizlik gücləri ilə Futbol Federasiyası arasında danışıqlardan sonra məlum olacağını dilə gətirib.
.
