Azərbaycanın mərkəzi depozitar (İndiki halda Milli Depozit Mərkəzi) qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə lisenziya almadan maliyyə xidmətləri göstərə bilər.

Bu, "Qiymətli kağızlar haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin xidmətlər aşağıdakılardır:

- investisiya şirkətləri, investisiya xidmətlərini həyata keçirən banklar, investisiya qiymətli kağızları kütləvi təklif edilən emitentlər, investisiya fondlarının depozitarları, investisiya fondlarının idarəçiləri və nominal saxlayıcılar üçün pul hesablarının açılması və aparılması;

- pul hesabları üzrə klirinq və hesablaşma xidmətlərinin göstərilməsi.

.