SPECA ölkələri ilə birgə sərmayə fondlarının yaradılması üzərində işləyirik.


 SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Azərbaycan Qırxızıstanla və Özbəkistanla İnvestisiya Fondu yaradıb. “Digər SPECA ölkələri ilə sərmayə fondlarının yaradılmasına hazırıq”- nazir əlavə edib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

.