Azərbaycanda süni intellekt texnologiyaları və data əsaslı qərarvermə mexanizmlərinin tətbiqinə dair proqramın icrası cari ildən başlayacaq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda bildirib.
"Ölkəmizdə müəssisələrin məhsuldarlıq göstəricilərinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı həllərin geniş miqyasda yayılması məqsədilə xüsusi proqram işlənib hazırlanıb. Dövlət başçısı tərəfindən 2025-ci ildə təsdiq edilmiş rəqəmsal iqtisadiyyatın inkişafına dair dövlət proqramı çərçivəsində dövlət strukturları tərəfindən özəl sektora və müəssisələrə ünvanlanmış yeni vasitələr formalaşdırılıb", - deyə M. Cabbarov vurğulayıb.
Nazir əlavə edib ki, həmin proqram daxilində müəssisələrin fəaliyyətində müasir texnologiyaların, süni intellektə əsaslanan həllərin və data əsaslı qərarvermə mexanizmlərinin geniş tətbiqi nəzərdə tutulur.
.
