
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri, regional iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlar və ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlərimizi bölüşdük”, - iqtisadiyyat naziri bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”, - iqtisadiyyat naziri bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslər,
Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq”, - iqtisadiyyat naziri bildirib.
.