
İqtisadiyyat naziri Mikayıl Cabbarov həmkarlarla birgə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan SAF2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib və keçirilən yarışların gedişatı ilə tanış olub.
Bu barədə o “X” hesabında paylaşım edib.
“STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi Azərbaycanın yeni iqtisadiyyatının əsaslarını qoyur. Bütün iştirakçılara müvəffəqiyyətlər arzu edirik". - deyə paylaşımda qeyd olunub.
.