Ulduz futbolçu Leo Messinin Belçikadakı terrorla bağlı facebookda etdiyi paylaşım kəskin tənqidlə qarşılanıb.
Yenizaman.az bizimyol.info-ya istinadən xəbər verir ki, Messinin rəsmi facebook səhifəsində Belçika bayrağı paylaşılıb. Ömər adlı bir şəxs isə məşhurların niyə Ankara və İstanbuldakı terrora susduqlarını, Avropadakı terrora isə səssiz qalmadıqlarını soruşub. Ömərin rəyini minlərlə insan bəyənib. Lakin bir müddət sonra Ömərin rəyi silinib. Bunun ardınca isə dünyanın müxtəlif yerlərindən olan insanlar ulduz futbolçunun Türkiyədəki terrora niyə sakit qaldığını soruşub.
Üzvlərin bu barədə yazdığı rəylərə inanılmaz sayda dəstək gəlib.
Fotonu təqdim edirik:
.

