"Barselona"nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb. Argentinalı hücumçu İspaniya La Liqasının 22-ci turunda "Atletik"lə keçirilən görüşdə iki qolun ötürməsini verib.
Bununla da o, La Liqa tarixində ən çox məhsuldar ötürmə verən Luiş Fiqonun rekordunu (106) yeniləyib.
Qeyd edək ki, "Atletik" - "Barselona" görüşü qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb. (qol.az)
.