Argentinalı futbolçu Lionel Messi xeyirxah bir addımla diqqət çəkib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Barselona"nın məhşur futbolçusu Lionel Messi stadionda olduğu qədər stadiondan klənarda da öz fəaliyyətini dayandırmır.
Belə ki, öz adına yaradılmış fond vasitəsilə insanlara kömək edən Messi bu dəfə əlini xərçəng xəstələrinə uzadıb. O, xərçəng xəstəliyindən əziyyət çəkən üç nəfərlə görüşərək onların hər üçünün müalicəsi üçün maddi yardım edəcəyini deyib.
Qeyd edək ki, Messi ilə görüşən xəstələrdən biri türk olub.
.