"Barselona" klubunun futbolçusu Lionel Messinin zədəsi ciddi olub. La Liqada "Betis"lə matçda meydanı erkən tərk etmək məcburiyyətində qalan argentinalı hücumçunun sol əzələsində problem yarandığı üzə çıxıb.
Qeyd edək ki, ulduz oyunçunun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Messi sonuncu dəfə "Almeriya" ilə matçda zədələnmişdi. Həmin vaxt o, 3 həftə forma geyinə bilməmişdi.
.