"Galatasaray”ın keçmiş futbolçusu meksikalı Covani dos Santos intim görüntüləri ilə şantaj olunur.
Yenizaman.az xəbər verir ki, bu barədə Cənubi Amerika telekanallarının birində yayınlanan "Las Mananitas Show" adlı verilişdə məlumat verilib.
İddiaya görə, 27 yaşlı futbolçu seks kasetini ələ keçirən bir qrup şəxs tərəfindən şantaj edilir. Digər məlumatlara görə isə həmin görüntülər şantajçılar tərəfindən hərraca çıxarılacaq.
Xatırladaq ki, "Barselona”nın yetirməsi olan Covani dos Santos bu klubla yanaşı, karyerası ərzində "Tottenhem”, "Galatasaray” və "Villyarreal” kimi komandaların da formasını geyinib.
