Almaniya kansleri Fridrix Merz gömrük rüsumları ilə bağlı dəyişmiş vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etmək üçün Vaşinqtona səfər edəcək.

Bu barədə Merz ARD telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsi Vaşinqton administrasiyasına gömrük siyasəti məsələsində səlahiyyətlərinin sərhədlərini göstərib.

Kansler bildirib ki, qərar sektoral rüsumlara deyil, ümumi tarif dərəcəsinə aiddir.

Merz vurğulayıb ki, ABŞ prezidenti ilə danışıqlardan əvvəl Avropa İttifaqı daxilində məsləhətləşmələr aparılacaq və “tam aydın Avropa mövqeyi” formalaşdırılacaq.

Almaniya hökumətinin başçısı əlavə edib ki, tətbiq edilən rüsumlar ilk növbədə onları tətbiq edən ölkəyə zərər vurur.

Onun sözlərinə görə, Almaniya da ixracın azalması səbəbindən çətinlik yaşayır, lakin nəticədə daha yüksək bədəli ABŞ istehlakçıları ödəyir.
 

.