İstanbulun Silivri sahillərindən təxminən 18 mil aralıda iki ticarət gəmisi toqquşub.
Bu barəfə İstanbul Valiliyi məlumat yayıb.
Məlumatına görə, hadisə gecə saat 03:00 radələrində baş verib.
Kocaelidən Əliağaya gedən “Alsu” və İskəndərundan Ereğliyə doğru hərəkət edən Türkiyə bayraqlı “Tuğberk İmamoğlu” adlı ticarət gəmiləri toqquşub.
Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisində olan 10 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.
Hadisə yerinə Sahil Təhlükəsizliyi, Sahil Mühafizəsinin Mərmərə və Boğazlar Komandanlığına bağlı çoxsaylı dəniz vasitələri, həmçinin sahil mühafizə helikopteri göndərilib.
İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən hər hansı zərər aşkarlanmayıb.
.
