Madrid "Real"ı gələn həftə portuqaliyalı Joze Mourinyonun baş məşqçi postuna təyinatını elan edəcək.

Bu barədə Portuqaliyanın "Сorreio da Manh" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, "kral" klubu mütəxəssisin keçid şərtlərini artıq "Benfika" ilə razılaşdırıb. Lissabonlular təxminən 7 milyon avro məbləğində təzminat alacaqlar.

Mourinyonun təyinatı barədə rəsmi elanın gələn həftə Madriddə veriləcəyi gözlənilir.

Xatırladaq ki, portuqaliyalı məşqçi 2010-2013-cü illərdə "Real"da çalışıb. Bu müddət ərzində komanda İspaniya çempionatını, ölkə kubokunu və İspaniya Superkubokunu qazanıb.

.