Amerikanın keçmiş peşəkar basketbolçusu Denis Rodman Şimali Koreya lideri Kim Çen Inın ad günü münasibəti ilə basetbol klubuyla KXDR-ə gəlişinin səbəbini «qapıları açmaq» cəhdiylə izah edib.
Milli Basketbol Assosiasiyasının keçmiş oyunçularından ibarət Rodmanın komandası Şimali Koreyanın Milli yığması ilə yoldaşlıq görüşü keçirib. Oyundan əvvəl peşəkar basketbolçu Kim Çen In üçün mahnı da oxuyub.
Rodman Şimali Koreya ilə əlaqələri yüngülləşdirmək üçün etdiyi cəhdlərə görə daim ABŞ-da təhqir oldunduğunu bildirib. Bununla belə, casusluğa görə 15 il müddətinə islah əmək düşərgəsində yatan amerikalı Kennet Beyin azadlığı üçün mübarizə aparmaq fikrində olmadığını deyib.
Denis Rodman 4-cü dəfədir ki, KXDR-i ziyarət edir. O, özünü Kim Çen Inın böyük dostu hesab edir və Pxenyana səfərlərini «basketbol diplomatiyası» adlandırır. ABŞ Dövlət Departamentin Rodmanın səfərləri ilə rəsmi Vaşinqtonu təmsil etmədiyini açıqlayıb.
