Boks üzrə sabiq dünya çempionu Mayk Tayson maraqlı faktı açıqlayıb. Novoye-Vremya.com xarici KİV-ə istinadən xəbər verir ki, Boksçu həyat yoldaşı Robin Givensin onu məşhur aktyor Bred Pittlə aldatdığını bildirib.
"Boşanmazdən öncə bir gecə evə gəldim və Robini Bred Pittlə yataqda tutdum. Məni görəndə qorxudan gözləri parladı. Amma onlara toxunmadım" deyən Tayson bildirib.
Məşhur boksçu yorğun olduğu üçün aktyoru döymədiyini bildirib: "Ora boşanmağa hazırlaşdığım həyat yoldaşımı söymək üçün getmişdim. Bred Pitti döymək üçün çox yorğun idim".
Bundan əlavə dəmir Mayk qeyd edib ki, hal hazırda Bret Pit onun qarşısına çıxarsa çənəsini çındırmaqla onu reanimasiyalıq edəcəyinə söz verib. Buna səbəb isə qalmaqaldan sonra məşhur aktyor yerli mətbuata açıqlamasında bokçunun "qulaq dişləməkdən savayı bir işə yaramır” və ondan həmin an qorxduğunu deyib. Lakin Mayk Tayson Bred Pittin bu sözlərindən sonra qəzəblənib və bildirb ki, Bred Pittlə qarşılaşacağı təqdirdə bu səfər onun çənəsini sındırıb döyərək reanimasiyalıq edəcək.
.