Masallı-Yardımlı yolunda torpaq sürüşməsi baş verdi - Foto

8,827 oxunub

İntensiv yağıntılardan sonra Masallı-Yardımlı yolunda torpaq sürüşməsi aktivləşib.

Yenizaman.az Apa-ya istinadən xəbər verir ki, sürüşmə hadisəsi Masallı- Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.

Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq.


.
XƏBƏRLƏR 28-07-2026
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
15:35 Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
15:18 Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
Təqvim