ABŞ-nin Dövlət katibi Marko Rubio oktyabrın ortalarında Özbəkistana səfər edəcək.

Özbəkistan mediası xəbər verir ki, dövlət katibi 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyətinə rəhbərlik edəcək.

Səfər ABŞ və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın inkişafına, eləcə də diplomatik və ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Səfər zamanı Rubio Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın XİN rəhbərləri ilə birlikdə "C5+1" formatında xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Gözlənilir ki, ABŞ-nin dövlət katibi ticarətin genişləndirilməsi, özəl investisiyaların stimullaşdırılması və Mərkəzi Asiyada iqtisadi modernləşdirmənin dəstəklənməsi məsələlərini müzakirə etmək üçün Özbəkistan rəhbərliyi və region ölkələrindən olan həmkarları ilə də görüşlər keçirəcək.

.