
Solçu "Əyilməz Fransa" partiyası ölkə parlamentinə yenidən Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qətnamə layihəsi təqdim edəcək.
"Report"un Fransa KİV-inə istinadən məlumatına görə, bunu partiyanın parlament fraksiyasının lideri Matilda Pano bəyan edib.
Bundan əlavə, o, parlamentin "Əyilməz Fransa" tərəfindən təqdim edilmiş Sebastyan Lekornyunun başçılıq etdiyi hökumətə etimadsızlıq qətnaməsini rədd etməsindən təəssüfləndiyini bildirib.
"Cəmi 18 səs çatmadı", - o qeyd edib.
.