Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə klubu “Konyaspor”a transferi rəsmiləşib.

Bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

26 yaşlı hücumçu Konya təmsilçisinə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan mövsümün sonuna qədər icarə əsasında keçib. Klub Emreli də daxil olmaqla, yeni transferləri üçün yaxın günlərdə Konya Böyükşəhər Stadionunda təqdimat mərasimi təşkil edəcək.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. “Konyaspor” onu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malikdir.

.