
İyulun 26-da Macarıstanda son 100 ildən artıq müddətdə ən yüksək temperatur qeydə alınıb.
Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Sarkad Malomfok meteoroloji stansiyasının məlumatına əsasən, Macarıstanın cənub-şərqində yerləşən bu ərazidə hava 41,3°C-yə qədər qızıb. Bu göstərici 2021-ci ildə qeydə alınmış gündəlik maksimum temperaturu – 40,4°C-ni üstələyib və ölkədə bütün zamanların temperatur rekorduna – 41,9°C-yə – cəmi 0,6 dərəcə fərqlə yaxınlaşıb.
Hazırda ölkədə hava şəraiti şərq və qərb arasında kəskin fərqlənir. Şərq bölgələrində insanlar ekstremal isti ilə üzləşir, qərbdə isə nisbətən mülayim yay havası müşahidə olunur. Qərb hissəsində temperatur gündüz saatlarında 22°C-yə qədər yüksəlir.
.