Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında bildirib.

O, bu gün Macarıstanın Ukraynaya dizel yanacağının tədarükünü dayandırmaq barədə qərar qəbul etdiyini qeyd edib.

Nazir “Drujba” boru kəmərindən Macarıstana neft tədarükü bərpa olunmayana qədər bu qərarın qüvvədə qalacağını vurğulayıb.

Slovakiya Macarıstandan sonra Ukraynaya dizel tədarükünü dayandırıb

Slovakiya Baş naziri Robert Fitso Ukraynaya dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verib.

Bu barədə Slovakiya hökumətinin rəsmi saytı məlumat yayıb.

Buna "Drujba" kəməri ilə neft nəqlinin dayandırılması səbəb kimi göstərilib.

Eyni zamanda, Baş nazir təklif edib ki, ekspertlərdən ibarət qrup Ukraynanın Lvov bölgəsindəki "Drujba" kəmərinin zədələnmiş hissəsini yerində yoxlasın.

Fitso Ukraynanın indiyə qədər insidentlə bağlı heç bir məlumat vermədiyini və buna görə də səfirin Kiyevə vəziyyəti aydınlaşdırmaq üçün müraciət etdiyini açıqlayıb.

.