İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir. 

Trend-in məlumatına görə, "Liverpul" doğma meydanda "Uotford"u qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar. Artıq ilk hissədə qonaqların qapısından 3 cavabsız top keçirilib - 27` Mane, 30` Koutinyo, 43` Emre Can.

İkinci hissədə də "Liverpul" futbolçuları 3 dəfə fərqləniblər - 57` Firmino, 60` Mane, 90+1` Viynaldum. "Uotford" isə bu qollardan cəmi birinin əvəzini çıxıb - 6:1.

Bu qələbə sayəsində "Liverpul" xalını 26-ya çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. 25 xallı "Çelsi" ikinci, 24 xallı "Mançester Siti" və "Arsenal" isə 3-4-cü yerləri bölüşürlər.


.