"Şaxtyor" (Donetsk) klubundan sonra daha bir komandanın legionerləri Ukrayna qayıtmaqdan imtina edib.
Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, "Metallist" klubunun argentinalı futbolçuları adı çəkilən ölkəyə dönməyiblər.
Həmin futbolçular Xose Sosa, Conatan Kristaldo və Alexandro Qomesdir. Onların Ukraynada münaqişəli vəziyyətin və gərginliyin davam etməsi səbəbindən komandalarının düşərgələrinə qayıtmadıqları bildirilir.
Qeyd edək ki, daha öncə Sebastyan Blanko Ukraynaya dönməkdən imtina etmişdi.
.