Avropa İttifaqı (Aİ) ölkələri qarşıdan gələn qışda 14 milyard kubmetrə qədər təbii qaz çatışmazlığı ilə üzləşə bilər. Bu, birliyin illik qaz tələbatının təxminən 7 faizinə bərabərdir.
Bu barədə “Politico” nəşri Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) hesabatına istinadən məlumat yayıb.
Hesabata görə, Avropanın qaz anbarlarında ehtiyatların səviyyəsi oktyabrın əvvəlində 2011-ci ildən bəri ilin bu dövrü üçün ən aşağı həddə olub. Oktyabrın 3-nə anbarlar cəmi 72,4 faiz dolu idi.
Qaz çatışmazlığının səbəbləri arasında İrandakı müharibənin qlobal enerji təchizatına təsiri, qaz qiymətlərinin yüksəlməsi və Avropada ehtiyatların azalması göstərilir.
.
