Rusiya Ukrayna ilə mümkün enerji atəşkəsi üzrə danışıqlar çərçivəsində ABŞ-dan sanksiyaların yumşaldılmasını tələb edib.

Bu barədə danışıqlardan məlumatlı ABŞ və Ukrayna rəsmiləri “The Kyiv Independent” nəşrinə bildiriblər.

Məlumata görə, Moskva, həmçinin bu təşəbbüsü Qara dənizdə atəşkəs məsələsi ilə əlaqələndirməyə çalışır.

Bu tələblər Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını intensivləşdirdiyi bir vaxtda irəli sürülüb. Ukraynanın yüksək vəzifəli müdafiə rəsmilərindən biri Moskvanın mümkün danışıqlar ərəfəsində mövqeyini gücləndirmək üçün Ukraynaya mümkün qədər çox ziyan vurmağa çalışdığını bildirib.

Rusiya hücumları fonunda Kiyev artıq hər gün elektrik enerjisinin kəsilməsi ilə üzləşir. Oktyabrın 8-də Rusiyanın həyata keçirdiyi hücum Ukraynanın üç milyondan çox əhalisi olan paytaxtında genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.

.