“Peşələr festivalı”nın işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.

Bunu bu gün Bakıda keçirilən “Peşələr festivalı”nın bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

“Gələcəkdə bu festivalların digər rayonlarda və geniş keçirilməsi nəzərdə tutulur. Həmçinin, bu cür festivalın azad olunan ərazilərdə keçirilməsi planlaşdırılır. Həmin ərazilər bərpa ediləndən sonra bu cür tədbirlər keçiriləcək”, - sədr qeyd edib.

.